Bakı. TurkicWorld:
Türkiyənin liderliyi ilə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistanla birlikdə qurulan Türk Dünyası Plastik Cərrahiyyə Platforması Orta Asiyada sağlamlıq turizminə töhfə verəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyinin sədri Prof. Dr. Cenk Demirdöver açıqlama verib.
"Platformanın qurulmasına 6 ay öncədən başlanılıb. Elmi məzmunu ön planda tutaraq plastik cərrahiyyə üzrə qarşılıqlı mübadilə proqramları yaradacağıq. Türkiyə plastik cərrahiyyə sahəsində Avropa və ABŞ-ı çox qabaqlayır. Orta Asiyadakı Türk dövlətlərində plastik cərrahiyyə o qədər də yaxşı vəziyyətdə deyil. Bilik və təcrübəmizi onlarla paylaşırıq və təcrübədə istifadə edirik. Bu platformanı oradakı təhsili standartlaşdırmaq və keyfiyyətini artırmaq üçün qurduq", - deyə o qeyd edib.
Dəmirdöver onu da bildirib ki, platformadakı ölkələr birgə görüşlər təşkil etmək və fikir mübadiləsi aparmaqla yanaşı, öyrəndikləri təlimləri qarşılıqlı mübadilə proqramları vasitəsilə bir-birinə ötürəcəklər.
Ləman Əsədli
Twitter: lamanasadli01







