Son dəqiqə

Türkiyə Sənaye və Texnologiya nazirliyi Cənubi Koreya Mehmet Fatih Kacır

Cənubi Koreya Türkiyəyə texnologiya və müdafiə sənayesi üçün investisiyalar ayıracaq

Bakı. TurkicWorld:

Cənubi Koreya Türkiyəyə nüvə enerjisi, elektrikli avtomobil və müdafiə sənayesi kimi sahələrdə investisiyalar ayıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.

Nazir Kacır onu da bildirib ki, Türkiyə və Cənubi Koreya texnologiyaya birlikdə böyük sərmayələr qoya bilər.

"Türkiyənin ən böyük üstünlüyü onun ixtisaslı insan resursları, gənc və dinamik əhalisidir. Ölkəmizin, xüsusilə, son dövrdə əldə etdiyi siyasi və iqtisadi sabitlik, bütün investisiyaların yolunu açan əsas faktordur. Bir çox sektorlardakı tərəfdaşlarımız da bunu yüksək qiymətləndirir. Cənubi Koreya şirkətləri Türkiyədə xüsusilə elektrikli avtomobillər, akkumulyator texnologiyaları, elektronika, külək turbinləri, yüksək texnologiya, müdafiə sənayesi və nüvə enerjisi kimi sahələrdə investisiya imkanlarını dəyərləndirir", - deyə o əlavə edib.

Kacır onu da qeyd edib ki, Türkiyə istehsal bazasının gücünü artırmaq və şaxələndirməyi hədəfləyir.

Qeyd edək ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır 13 sentyabr tarixində Seulda dünyanın ən böyük batareya istehsalçılarından biri, külək turbin komponentləri istehsalçısı CS Wind və batareya katod istehsalçısı LG Energy ilə hərtərəfli görüşlər keçirib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər