Son dəqiqə

Türkiyə Rusiya Ukrayna Rəcəb Tayyib Ərdoğan Resmi Gazete

Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin edib

Bakı. TurkicWorld:

Türkiyə Respublikası Rusiya Federasiyası və Ukraynaya yeni səfir təyin edib.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı "Rəsmi Qəzet"də dərc edilib.

Məlumata əsasən, Tanju Bilgiç Türkiyənin Rusiyadakı səfiri, Mustafa Levent Bilgen isə Ukraynadakı səfiri təyin edilib.

Qeyd edək ki, Türkiyənin Moskvadakı səfiri vəzifəsini daha öncə Mehmet Samsar, Kiyevdəki səfiri vəzifəsini isə Yağmur Ahmet Güldere icra edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər