Son dəqiqə

Türkiyə Kahramanmaraş qəza

Kahramanmaraşda ağır yol qəzası baş verib: beş ölü, 25 yaralı

Bakı. TurkicWorld:

Kahramanmaraşda əyləcində problem olan yük maşını cənazə namazı qılan insanlara çırpılıb.

TurkicWorld xəbər verir ki, dəhşətli qəzada beş nəfər həyatını itirib, ikisi ağır olmaqla 25 nəfər yaralanıb.

İlkin məlumata əsasən, hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım maşınları çağırılıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib, yük maşınının altında qalan insanları xilas etmək üçün işlər davam edir.

Bundan əlavə, faktla bağlı araşdırma aparılır.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər