Bakı. TurkicWorld:
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevdə baş nazir Denis Şmiqal ilə görüşüb.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN öz X (Twitter) hesabında paylaşım edib.
Görüş zamanı Ukraynanın ticari-iqtisadi əməkdaşlığı və yenidən qurulması müzakirə edilib.
Şmiqal qeyd edib ki, Türkiyəyə prezident Vlodimir Zelenskinin sülh düsturuna verdiyi dəstəyə və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəyə görə minnətdarıq.
Məlumat üçün qeyd edək ki, Fidan Kiyevdə prezident Zelenski tərəfindən qəbul edilib və Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşüb.
Hafiz Rufizoğlu