Türkiyə Liviyanın Homs hərbi dəniz limanının türklərə verilməsilə bağlı iddiaları təkzib edib

Türkiyə Liviyanın Homs hərbi dəniz limanının türklərə verilməsilə bağlı iddiaları təkzib edib

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyi Liviyanın Homs hərbi dəniz limanının türklərə verilməsilə bağlı iddiaları təkzib edib.

TurkicWorld-un məlumatına görə, Liviya səlahiyyətliləri tərəfindən 5 avqust 2023-cü ildə ölkənin şimal-qərbindəki Homs hərbi dəniz limanı ərazisində mülki əhalinin ölkədən çıxarılması qərarı verilib. Bölgəni tərk etmək istəməyənlərdə fərqli təsəvvürlər yaratmaq məqsədilə ictimaiyyətdə, Homs hərbi dəniz limanının sözügedən hissəsinin guya türklərə verilməsi ilə bağlı əsassız iddialar irəli sürülüb.

Türkiyə Milli Müdafiə nazirliyi bu əsassız iddiları təkzib edib.

"Liviya səlahiyyətlilərinin verdiyi qərarın bizim fəaliyyətimizlə heç bir əlaqəsi yoxdur. Limanın boşaldılması ilə bağlı məsələdə bizim adımızdan sadəcə sui-istifadə edilib",- deyə nazirlikdən bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_