Bakı. TurkicWorld:
Qara dəniz Taxıl Dəhlizinin yenidən bərpası üçün səylərimiz davam edir.
TurkicWorld xəbər verir, bu sözləri Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 3-cü Krım Platforması Liderlər Sammitinə göndərdiyi video mesajında deyib.
Prezident Ərdoğan onu da bildirib ki, Rusiya və Ukrayna arasında sülhün təmin edilməsi təkcə Qara dəniz hövzəsində deyil, bütün dünya üçün vacibdir.
"Krımın ilhaqını tanımayan Türkiyə ilk gündən bu addımın qeyri-qanuni olduğunu qətiyyətlə müdafiə edir. Başda BMT olmaqla Krımın Ukraynanın bir parçası olduğunu hər platformada ifadə edirik", - deyə R.T.Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.
Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.
Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.
Ləman Əsədli
Twitter: lamanasadli01







