Bakı. TurkicWorld:
Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "X" ("Twitter") sosial şəbəkəsində bildirib.
"Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb", - deyə o qeyd edib.
O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.