Son dəqiqə

Türkiyə Böyük Britaniya taxıl dəhlizi

Böyük Britaniya Qara Dəniz Taxıl Dəhlizinin bərpası üçün Türkiyə ilə əməkdaşlıq etdiyini bildirib

Bakı. TurkicWorld:

Böyük Britaniya Qara Dəniz Taxıl Dəhlizinin fəaliyyətinin bərpası üçün Türkiyə ilə sıx əməkdaşlıq etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak açıqlama verib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər