Türkiyə ilə Aİ arasında daha güclü münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğuna inanırıq - Jozep Borrel

Türkiyə ilə Aİ arasında daha güclü münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğuna inanırıq -  Jozep Borrel

Bakı. TurkicWorld:

Türkiyə ilə Aİ arasında daha güclü münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğuna inanırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Brüsseldə keçirilən görüşdə Türkiyə də daxil olmaqla bir çox məsələləri müzakirə ediblər.

"Şərqi Aralıq dənizində gərginliyin daimi olaraq azaldılması regionun sabitliyinə və təhlükəsizliyinə fayda verəcək. Kipr probleminin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq həlli Türkiyə ilə işimizdə əsas olacaq" – deyə o qeyd edib.

Borrel bildirib ki, Türkiyə ilə konstruktiv əlaqələrin davam etdirilməsi cəhdlərinin həyati ünsürlərindən biri Şərqi Aralıq dənizindəki vəziyyətdir.

Məlumat üçün qeyd edək ki, Türkiyə 2021-ci ilin martından bəri ilk dəfə Aİ Xarici İşlər Nazirləri Toplantısında rəsmi olaraq gündəmə gətirilib.

Hafiz Rufizoğlu