Son dəqiqə

Türkiyə Rusiya Ukrayna Vladimir Putin Avropa taxıl dəhlizi

Qara dəniz taxıl dəhlizi vasitəsilə indiyə qədər 33 milyon tona yaxın taxıl daşınıb

Bakı. TurkicWorld:

Türkiyənin taxıl dəhlizi sazişi vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

TurkicWorld xəbər verir ki, dəhlizdən keçən taxılın 40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, 5 faizi Yaxın Şərq ölkələrinə daşınıb.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. 2022-ci il 19 noyabr tarixindən müqavilənin 120 gün uzadılması barədə qərar qəbul edilib.

Rusiya prezidenti Vladimir Putin 14 iyul tarixində Qara dəniz taxıl dəhlizinin sazişinin müddətinin uzadılmasına razılıq verib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər