Cevdet Yılmaz Albayrak Media-nı ziyarət edib

Cevdet Yılmaz Albayrak Media-nı ziyarət edib

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Albayrak Media-nı ziyarət edib.

TurkicWorld xəbər verir ki, C.Yılmaz Albayrak Media-nın İdarə Heyətinin sədri Ahmet Albayrak, İdarə Heyətinin üzvləri Kazım Albayrak, Mustafa Albayrak, Mesut Albayrak və Sinan Albayrak tərəfindən qarşılanıb.

Məlumata əsasən, vitse-prezident Yeni Şafak, tvnet və Albayrak Media-nın rəqəmsal xidmətlərini ziyarət edərək görülən işlər barədə məlumat alıb.

Bundan əlavə, Ahmet Albayrak tərəfindən ona xəttatlıq tablosu hədiyyə edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01