TÜRKSOY türk xalqlarının ədəbi irsinin qorunması üçün unikal platformaya çevrilib

TÜRKSOY türk xalqlarının ədəbi irsinin qorunması üçün unikal platformaya çevrilib

Bakı. TurkicWorld:

TÜRKSOY türk xalqlarının mədəni və ədəbi irsinin qorunması və təbliği üçün böyük imkanlar təqdim edən unikal platformaya çevrilib.

TurkicWorld-un məlumatına görə, bunu Özbəkistanın Mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov bildirib.

O qeyd edib ki, TÜRKSOY-un 30 illik yubikeyi münasibəti ilə təşkilata üzv olan ölkələrinə işgüzar səfərləri davam edir.

"TÜRKSOY-un baş katibi Sultan Rayevlə görüşümüz zamanı bu ilin sonuna qədər birgə həyata keçiriləcək tədbirləri ətraflı müzakirə etdik" – deyə nazir qeyd edib.

O bildirib ki, paytaxtda TÜRKSOY-un 30 illik yubileyi münasibətilə Türk dövlətlərinin incəsənət ustalarının iştirakı ilə konsertin təşkili üçün də fikir mübadiləsi aparıblar.

Məlumat üçün qeyd edək ki, Nazarvekov səfər çərçivəsində hazırda Qazaxıstandadır.