Türkiyədə terror təşkilatının üzvləri həbs olunub

Türkiyədə terror təşkilatının üzvləri həbs olunub

Bakı. TurkicWorld:

Türkiyədə terror təşkilatının 4 üzvü həbs olunub.

TurkicWorld xəbər verir ki, İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 7 şübhəli saxlanılıb. Onlardan "Ninova Bölgəsi hakimi" (Mosul) Cəlal İsmael Əhməd də daxil olmaqla 4 nəfərin ifadələri alınıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Terror təşkilatına üzv olmaqda şübhəli bilinən digər 3 nəfərin isə prokurorluqda ifadələri alınır.