Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi TCG Anadolu Türkiyə Silahlı Qüvvələri

TCG Anadolunun ilk hərbi təlimi uğurla nəticələnib

Bakı. TurkicWorld:

TCG Anadolunun ilk hərbi təlimi uğurla nəticələnib.

TurkicWorld-un məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Türkiyə Silahlı Qüvvələrinin (TSK) ən böyük döyüş gəmisi TCG Anadolunun Aksazda keçirdiyi ilk hərbi təlim görüntülərini sosial media hesabında paylaşıb.

1-4 iyun tarixlərində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən keçirilən dəniz təliminin görüntülərində, döyüş gəmilərinin quruda müəyyən edilən nöqtələrə tam dəqiqliklə atəş açdığı, TCG Anadoluya aid zirehli amfibiya hücum vasitələri (ZAHA), hərbçilərin helikopterlərlə dənizə endiyi, personalın helikopterlə daşındığı anlar yer alıb.

Məlumat üçün bildirək ki, TCG Anadolu-nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Yükdaşıma qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətdə işləyə bilər.

Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin göyərtələrində daşıya bilir.

Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək. Gəmidə tam hüquqlu xəstəxana və 2 əməliyyat otağı da var.

Əlavə olaraq qeyd edək ki, hərbi gəmi aprelin 10-da Türkiyə donanmasının xidmətinə verilib.

Mövzuya görə xəbərlər