Ərdoğan rəsmi olaraq növbəti dəfə Türkiyə Prezidenti oldu

Ərdoğan rəsmi olaraq növbəti dəfə Türkiyə Prezidenti oldu

Bakı. TurkicWorld:

Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti kimi and içib.

TurkicWorld xəbər verir ki, o, bununla da rəsmi olaraq yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Türkiyə Prezidentinin daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacağı gözlənilir.

Xatırladaq ki, mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.