Mustafa Şentop TBMM sədrliyini Devlet Bahçeliyə təhvil verib

Mustafa Şentop TBMM sədrliyini Devlet Bahçeliyə təhvil verib

Bakı, TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop məclisin sədrliyini müvəqqəti olaraq Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Devlet Bahçeliyə təhvil verib.

TurkicWorld xəbər verir ki, bugün yerli vaxtla saat 15:00-da keçiriləcək andiçmə mərasiminə MHP rəhbəri müvəqqəti sədrlik edəcək.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

Seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AK Parti) 268, Cümhuriyyət Xalq Partiyasından (CHP) 169, Yaşıl Sol Partiyasından 61, Milliyyətçi Hərəkat Partiyasından (MHP) 50, İYİ Partidən 43, Yenidən Rifah Partiyasından isə beş millət vəkili seçilib.

Bundan əlavə, 28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Ləman Əsədli
Lamanasadli01