Son dəqiqə

Türkiyə İraq İŞİD

Qaziantepdə anti-terror əməliyyatı keçirilib

Bakı, TurkicWorld:

Türkiyənin Qaziantep vilayətində anti-terror əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, Qaziantep polisinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatının üç üzvü saxlanılıb.

Məlumata əsasən, saxlanılan şəxslər sorğulanmaq üçün polis bölməsinə aparılıb.

Əməliyyatın detalları barədə geniş məlumat verilməyib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər