ABŞ-dan Türk evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik - Mövlud Çavuşoğlu

ABŞ-dan Türk evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

ABŞ-dan Nyu-Yorkdakı Türk evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, Nyu-Yorkdakı Türk evinə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb.

"Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik", - deyə M. Çavuşoğlu vurğulayıb.