ABŞ mütəxəssisləri FHN Mülki müdafiə qoşunlarında təlim keçiblər

ABŞ mütəxəssisləri FHN Mülki müdafiə qoşunlarında təlim keçiblər

Bakı.TurkicWorld:

27-28 aprel 2023-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının Energetika Departamenti “Nüvə qaçaqmalçılığının aşkarlanması və qarşısının alınması” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyinin 10 nəfərdən ibarət əməkdaşına təlim keçib.

TurkicWorld xəbər verir ki, təlimdə iştirak edən şəxsi heyətə mobil radiasiyanı aşkarlayan detektor sistemi, “Pakeye” bel çantası, identifikator və fərdi dozimetrlərin istifadəsi və həmin cihazlara texniki qulluğun göstərilməsi haqqında məlumatlar verilib.

Həmçinin, Nazirliyin “İzotop” xüsusi kombinatından təlim üçün gətirilmiş radioaktiv mənbələrdən istifadə etməklə cihazların texniki vəziyyəti yoxlanılıb və radiasiya cihazları radioaktiv mənbələr vasitəsilə kalibrasiya olunub.

Bundan əlavə, ABŞ mütəxəssisləri tərəfindən mobil radiasiya aşkarlama sisteminin iki ədəd kompüteri yeniləri ilə əvəz edilib.

Eyni zamanda, təlim zamanı əvvəllər ABŞ Energetika Departamenti tərəfindən təchiz edilmiş radiasiya aşkarlama sistemləri furqonları, xüsusi kürək çantaları və digər portativ aşkarlama vasitələrinə texniki qulluq prosedurları aşılanıb.