Pakistanın baş naziri Şahbaz Şərif prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasının Kommunikasiya idarəsindən bildiriblər.
Məlumata əsasən, Ş.Şərif Pakistanın "MILGEM Corvette" layihəsinin üçüncü gəmisinin suya buraxılması mərasimində iştirak etmək üçün noyabrın 25-26-da İstanbula səfər edəcək.