Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev

Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatı Baş katibi seçilib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi dəyişib.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib.

"3 ildir uğur və sədaqətlə Baş katib vəzifəsini icra edən Bağdad Amreyevə təşkilatımıza verdiyi töhfələrə görə təşəkkür edirik", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

Mövzuya görə xəbərlər