Son dəqiqə

Türk Dövlətləri Təşkilatı (TDT)

Türk Dövlətləri Təşkilatının növbəti sammiti Türküstanda keçiriləcək

Astana. TurkicWorld:

May ayının ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək.

TurkicWorld-un Akordaya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türküstan vilayətində ictimaiyyət qarşısında çıxış edərkən bildirib.

"Mayın ortalarında Türküstandanda Türk Dövlətləri Təşkilatı liderlərinin yüksək səviyyəli görüşü planlaşdırılıb. Dünyada mövcud olan qeyri-sabit şəraitdə bu beynəlxalq tədbir xüsusilə əhəmiyyət kəsb edir. Hökumət və aymat bu sammitin keyfiyyətli təşkilatçılığına xüsusi diqqət yetirməlidir", - deyə Tokayev bildirib.

Mövzuya görə xəbərlər