Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan şəhidlərinin xatirəsini yad edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan şəhidlərinin xatirəsini yad edib

Türkiyə Milli Müdafiə Nazirliyi 44 günlük müharibədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad edib.

TurkicWorld-un məlumatına görə, bu barədə nazirliyin rəsmi tvitter hesabında qeyd edilib.

“Qəhrəman Azərbaycan Ordusunun 2 il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gün ərzində qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi rəhmət və ehtiramla yad edirik”, - deyə paylaşımda bildirilib.