Son dəqiqə

Azərbaycan Türkiyə

Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 32 il ötür

Bakı, TurkicWorld:

Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 32 il ötür.

TurkicWorld xəbər verir ki, iki ölkə liderinin yaxın dostluğu və möhkəm iradəsi, xalqlar arasında qardaşlıq bağları və bir çox sahələrdə əməkdaşlıq amilləri ilə Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipi ilə münasibətlərini yüksək səviyyədə saxlamağa davam edir.

Qeyd edək ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. İki ölkə arasında 1992-ci il yanvarın 14-də qurulan diplomatik əlaqələr yüksələn istiqamətdə davam edir. O zamandan bu yana Türkiyə siyasi, hərbi və iqtisadi təcrübəsini Azərbaycanla bölüşüb.

Həmçinin, Azərbaycanın Qarabağ zəfərinin ardınca Türkiyə prezidenti Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşaya səfəri ilə Türkiyə Azərbaycan əlaqələri yeni müstəviyə keçib. Ərdoğan Prezident İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalayınca münasibətlər “strateji müttəfiqlik” səviyyəsinə yüksəlib.

Eyni zamanda, iİkitərəfli ticarət həcmi keçən il ilk dəfə olaraq 7,5 milyard dollara çatıb. Qarşılıqlı investisiyalar 34 milyard dolları ötüb. Türkiyə podratçı şirkətləri bu günə qədər Azərbaycanda təxminən 19 milyard dollar dəyərində 526 layihə həyata keçirib.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyə və Azərbaycan arasında həyata keçirilmiş enerji və nəqliyyat sahəsində ən böyük layihələrdir.

Növbəti hədəf iki ölkəni avtomobil və dəmir yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin qısa müddətdə istifadəyə verilməsidir.

Mövzuya görə xəbərlər