Son dəqiqə

Türkiyə İran Qazaxıstan Çin Özbəkistan Türkmənistan Mərkəzi Asiya

Mərkəzi Asiya ölkələri Çindən Avropaya nəqliyyat dəhlizi yaradacaq

Bakı. TurkicWorld:

Mərkəzi Asiya ölkələri Çindən Avropaya nəqliyyat dəhlizi yaradacaq.

TurkicWorld-un məlumatına görə, Türkmənistanın nəqliyyat və dəmir yolu idarələrinin nümayəndələri Qazaxıstan, Özbəkistan, İran və Türkiyədən olan həmkarları ilə birlikdə videokonfrans vasitəsilə danışıqlar aparıblar. Bu görüşdə Çindən İran üzərindən Avropa İttifaqına yeni nəqliyyat və tranzit dəhlizinin yaradılmasına dair saziş layihəsi müzakirə edilib.

Onlayn görüş Özbəkistan tərəfinin təşəbbüsü ilə keçirilib. Özbəkistan Nəqliyyat Nazirliyinin mesajında ​​bildirilib ki, "Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair sazişin imzalanması ilə bağlı mühüm məsələlər müzakirə edilib.

Yeni nəqliyyat və tranzit dəhlizi bütün iştirakçı tərəflərin maraqlarına cavab verir və layihədə iştirak edən dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar təklif edir.

Qeyd edək ki, hazırda Türkmənbaşı da daxil olmaqla Xəzər dənizi limanları vasitəsilə Mərkəzi Asiya regionunu Qafqazla birləşdirən alternativ “Avropa-Qafqaz-Asiya” marşrutu artıq mövcuddur.

Mövzuya görə xəbərlər