Bakı, TurkicWorld
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, FETÖ-ya qarşı (Fətullahçı Terror Təşkilatı) mübarizənin əzm və qətiyyətlə davam edəcəyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Yerlikaya bu barədə sosial media hesabında açıqlama verib.
O, 2016-cı il 15 iyul tarixindən etibarən FETÖ-ya qarşı 178 min 406 əməliyyat keçirildiyini açıqlayıb.
Yerlikaya açıqlamasında , “ Millətimizin iradəsini darmadağın etməyə, xalqımıza atəş açmağa çalışan FETÖ ilə mübarizəmiz əzm və qətiyyətlə davam edəcək“ deyə vurğulayıb.
Nazir, Prezident Rəcəb Tayyib Ərdoğanın "Su yatar, FETÖ-yə bənzər strukturlar yatmaz" ifadəsinin FETÖ başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizədəki əsas prinsip olduğunu qeyd edib. O, mübarizənin dayanmadan, tərəddüd etmədən davam etdiriləcəyini vurğulayıb. Yerlikaya, "Qanlı FETÖ ilə mübarizəmizi fasiləsiz davam etdirəcəyik," deyərək, şəhidlərə rəhmət, qazilərə isə cansağlığı arzulayıb.