Bakı, TurkicWorld
İl ərzində Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında sinxron rejimdə alınıb-verilən enerjinin saldo fərqi il sonunda sıfırlanır.
Bunu TurkicWorld-ə açıqlamasında Naxçıvan Dövlət Energetika Xidmətinin şöbə müdiri Seyidov Miryunis deyib.
Onun sözlərinə görə, 2024-cü ilin doqquz ayında enerji mübadiləsi çərçivəsində İran İslam Respublikasından (İİR) 26 milyon 820 min 000 kVt/s, elektrik enerjisi idxal edildiyi halda 27 milyon 909 min 000 kVt/s elektrik enerjisi İİR-ə ixrac edilib.
Belə ki, İrana Culfa 132/110 kV-luq yarımstansiyasında və Araz Su elektrik stansiyasının yanında olan 132 yarımstansiya vasitə ilə elektrik enerjisinin alınıb - verilməsi həyata keçirilir.
Qeyd edək ki, 2023-cü ildə enerji mübadiləsi çərçivəsində İran İslam Respublikasından (İİR) 32 milyon 714 min kVt/s elektrik enerjisi idxal edildiyi halda 33 milyon 341 min kVt/s elektrik enerjisi İİR-ə ixrac edilib.