Son dəqiqə

Azərbaycan Naxçıvan Bakı Dövlət İmtahan Mərkəzi (DİM)

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 13 zal admini, 76 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə, eləcə də Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 11:00-da başlayıb və 3 saat davam edib.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanacaq.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olurlar.

Yekun imtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacağı bildirilib.

Mövzuya görə xəbərlər