Bakı. TurkicWorld:
Özbəkistanda Mərkəzi və Cənubi Asiya Müdafiə Başçılarının Konfransı keçirilib.
TurkicWorld-un məlumatına görə,bu barədə Özbəkistan Respublikasının Müdafiə Nazirliyi bildirib.
Tədbirdə ABŞ, Pakistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın Müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak ediblər.
Tədbirdə Özbəkistan Respublikasının Müdafiə naziri general-leytenant Bahodir Kurbonov və ABŞ Mərkəzi Komandanlığının komandanı Maykl Kurilla çıxış edib.
Konfransda regional təhlükəsizlik, terrorizmlə mübarizə, humanitar yardım və regional sabitlik məsələləri müzakirə olunub.
Hafiz Rufizoğlu







