ABŞ prezidenti Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını sentyabrda keçiriləcək sammitə dəvət edib

ABŞ prezidenti Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını sentyabrda keçiriləcək sammitə dəvət edib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını sentyabrın ikinci yarısında keçirilməsi planlaşdırılan sammitə dəvət edib.

TurkicWorld-un məlumatına görə, ABŞ prezidenti Co Bayden Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını sentyabrın 19 və ya 20-də keçiriləcək C5+1 rəsmi görüşünə dəvət edib.

Bu görüşün əsas məqsədi təhlükəsizlik, iqtisadiyyat və ətraf-mühitin mühafizəsi sahələrində ümumi məqsədləri təşviq etmək üçün birgə səyləri müzakirə etməkdir.

Sentyabrın ikinci yarısında keçirilməsi planlaşdırılan bu tədbir, BMT Baş Assambleyası çərçivəsində təşkil olunacaq.

Qeyd edək ki, C5+1 Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Respublikası hökumətlərini birləşdirən ABŞ-ın regional diplomatik təşəbbüsüdür.

2015-ci ildə təsis edildiyi gündən etibarən, C5+1 ekspert görüşləri və tematik işçi qrupları vasitəsilə ABŞ - Mərkəzi Asiya nazirliklərarası dialoqu və əməkdaşlığı genişləndirib.

Aytac Süleymanova

Twitter: a_alieva_