Son dəqiqə

Türk dövlətləri Astana

Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirilib

Bakı. TurkicWorld:

28-29 May tarixlərində Astanada Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirilib.

TurkicWorld-un məlumatına görə, Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı Katibliyinin (TDT) dəstəyi ilə Astanada Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclasını keçirib. İclasda komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

Qeyd edək ki, 2022-ci il sentyabrın 26-27-də Bursa şəhərində Ortaq əlifba Komissiyasının yaradılması haqqında qərar qəbul edilib və bu forum onun ilk iclasıdır.

Mövzuya görə xəbərlər