BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 254 min 910 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 233 min 320 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 21 min 590 nəfər təşkil edib.
2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 2 min 299 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, min 913 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 386 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 2 faiz azalaraq, min 673 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq, min 436, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 237 olub.
2026-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 17 milyon 773 min 67 nəfər, yük daşınması isə 401 min 866 ton təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.







