Son dəqiqə

İstanbul Odessa AnadoluJet Sabiha Gökçen Havalimanı

İstanbul ilə Odessa arasında qarşılıqlı uçuşlar başlayır

Türkiyənin hava yolu şirkəti AnadoluJet 16 dekabrdan etibarən Ukraynanın Odessa şəhərinə səfərlər təşkil edəcək.

“AnadoluJet”dən TurkicWorld-a verilən məlumata görə, İstanbul ilə Odessa arasında qarşılıqlı uçuşlar həftənin 3 günü - cümə axşamı, şənbə və bazar günləri ediləcək.

Səfərlər İstanbul Sabiha Gökçen Havalimanından Türkiyə saatıyla 13.20-də, Odessa Havalimanından isə yerli saatla 14.35-də reallaşdırılacaq.

“AnadoluJet”in İstanbul Sabiha Gökçen Havalimanı çıxışlı gediş-dönüş bilet qiymətləri 82, Odessa Havalımanı çıxışlı gediş-dönüş bilet qiymətləri isə 56 dollardan satılır.

Sərnişinlər 31 dekabra qədər alacaqları biletlərdə 31 may 2022-ci ilə qədər dəyişiklik edə biləcəklər.

Mövzuya görə xəbərlər