Son dəqiqə

Rusiya Müdafiə Nazirliyi Odessa Qara dəniz yük gəmisi

Qara Dənizdə 3 quru yük gəmisi vurulub

BAKI,TurkicWorld

Rusiya qoşunları Qara dənizdə üç quru yük gəmisini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

İddia olunub ki, hədəfə alınmış həmin gəmilərdə Ukrayna Silahlı Qüvvələri (USQ) üçün yük daşınıb.

Qeyd edilib ki, gəmilərdən biri Odessa limanında olub. Digər iki gəmi isə limana doğru hərəkət edərkən dənizdə vurulub.

"Dənizdə hərəkətdə olarkən Odessa limanına USQ-nin (VSU) təminatı üçün nəzərdə tutulan yükləri çatdıran iki quru yük gəmisi vurulub", - deyə məlumatda bildirilib.

Mövzuya görə xəbərlər