Son dəqiqə

Ramiz Mehdiyev

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması barədə qərar təsdiqlənib

Bakı,TurkicWorld

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiyanın üzvlüyündən çıxarılması ilə bağlı Ümumi Yığıncağın qərarını təsdiqləyib.

Üzvlükdən çıxarılma məsələsi bir neçə gün əvvəl Rəyasət Heyətinin iclasında səsverməyə çıxarılaraq qəbul edilib. Daha sonra Akademiyanın Ümumi Yığıncağı bununla bağlı qərar qəbul edib.

Xatırladaq ki, ötən il Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti tətbiq edilməsinə qərar verilib.

Mövzuya görə xəbərlər