Son dəqiqə

DTX Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

Ramiz Mehdiyevin evindən görüntülər – Pullar belə aşkarlanıb

BAKI, TurkicWorld

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

TurkicWorld xəbər verir ki, DTX-nin məlumatında Ramiz Mehdiyevin evində çəkilən görüntülər də yayılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Ramiz Ənvər oğlu əməlləri ilə dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Mövzuya görə xəbərlər