Son dəqiqə

kənd təsərrüfatı

Xaçmazda 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub

Bakı. TurkicWorld:

Xaçmazda 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər və ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Elnur Rzayev qeyd edib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji sahələrindən biri olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasında, ixrac imkanlarının genişləndirilməsində və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həyata keçirilən aqrar islahatlar və göstərilən dövlət dəstəyi müasir idarəetmə və istehsal mexanizmlərinin formalaşmasına şərait yaradıb. Elnur Rzayev görülən tədbirlər nəticəsində Xaçmaz rayonunda bağçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdiyini, müasir texnologiyaların tətbiqinin genişləndiyini və məhsuldarlığın artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər aqrar sahənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda dövlətin kənd təsərrüfatına göstərdiyi davamlı dəstək, subsidiya mexanizmləri və yeni texnologiyaların tətbiqinin məhsuldarlığa müsbət təsiri vurğulanıb.

Sonda kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup əməkdaşa Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının fəxri fərmanları təqdim olunub.

Mövzuya görə xəbərlər