Son dəqiqə

Bakı Canni İnfantino FİFA

FIFA prezidenti Bakıya gəlib

BAKI,TurkicWorld

FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olmaq üçün Azərbaycana gəlib.

Məlumat AFFA-nın Mətbuat xidmətindən təsdiqlənib.

Səfər çərçivəsində FIFA prezidenti bu gün ilk olaraq Hövsanda inşa olunan futbol meydançalarına baxış keçirib.

İnfantino qısa müddətdə istifadəyə hazırlanmış 10 meydançanı nəzərdən keçirib.

Təşkilati hazırlığın gedişindən məmnun qalan Canni İnfantino Hövsanda AFFA rəsmilərinin müşayiəti ilə meydançalara baxış keçirib.

FIFA prezidenti səfəri çərçivəsində daha bir neçə görüş keçirəcək və bundan sonra Bakıya səfərini başa vuracaq.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Bakıda təşkil olunacaq.

Azərbaycan millisi turnirdə AF qrupunda mübarizə aparacaq. Yığmanın qrupdakı rəqibləri Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timordur.

Mövzuya görə xəbərlər