Son dəqiqə

AAYDA

Bakıda təmir işləri tələbələrin yolunu çətinləşdirdi - AAYDA açıqlama verdi

Bakı. TurkicWorld:

Bakının Həsən Əliyev küçəsində, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris korpusunun qarşısında aparılan təmir işləri tələbələrin hərəkətində çətinlik yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə tələbələrin dar keçiddən istifadə etmək məcburiyyətində qaldığı görünür. Ərazidə təhlükəsiz alternativ piyada yolunun olmaması isə təhlükəsizlik məsələsini gündəmə gətirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) TurkicWorld-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə müvəqqəti piyada keçidi üçün xüsusi hissə ayrılıb və həmin hissəyə çınqıl örtük döşənib.

Qeyd olunub ki, ərazinin digər istiqamətində də piyadaların hərəkəti üçün ayrıca keçid hissəsi mövcuddur.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində hər iki istiqamətdə piyada hərəkət zonalarının tikinti sahəsindən ayrılması məqsədilə xüsusi çəpərləmə vasitələrindən və xəbərdaredici lentlərdən istifadə olunub.

Mövzuya görə xəbərlər