AAYDA

AAYDA-da heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib - RƏSMİ

Bakı.TurkicWorld:

Bəzi xəbər saytlarında və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) guya kadr islahatlarına başlanıldığı və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

TurkicWorld xəbər verir ki, bu barədə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat yayıb.

Bildirilib ki, yayılan məlumatlar əsassızdır. Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər.

Mövzuya görə xəbərlər