Son dəqiqə

AAYDA Bakı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sabunçu rayonu Bəşir Bünyadov küçəsi Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsi yol təmiri təmir işləri

Bakıda iki küçədə hərəkət qismən məhdudlaşdırılacaq

BAKI,TurkicWorld

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək.

Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

Mövzuya görə xəbərlər