Son dəqiqə

Dövlət sosial müdafiə fondu

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

"Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.

Mövzuya görə xəbərlər