Son dəqiqə

Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Bakı. TurkicWorld:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməkdaşları ilə Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində silah-sursat aşkar edilib.

Bu barədə TurkicWorld-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbiri zamanı məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 29 ədəd 5.45 millimetrlik patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər