Son dəqiqə

Gənclər və İdman Nazirliyi Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi YeniSən platforması Sərhədləri Aşan Gənclər Forumu

Sərhədləri Aşan Gənclər Forumu uğurla başa çatdı

BAKI,TurkicWorld

Gənclərin inkişafına yönəlmiş genişmiqyaslı forum paytaxtda uğurla keçirilib.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “YeniSən” platformasının birgə təşkilatçılığı ilə aprelin 25-də Avropa Azərbaycan Məktəbində “Sərhədləri Aşan Gənclər” Forumu baş tutub.

Təxminən 600 gəncin iştirak etdiyi tədbir liderlik, innovativ düşüncə, şəxsi inkişaf və yeni imkanlar kimi mövzuları əhatə edərək iştirakçılar üçün motivasiyaedici platforma rolunu oynayıb. Forum çərçivəsində müxtəlif spiker sessiyaları və musiqili çıxışlar təşkil edilib.

Tədbirdə tanınmış sahibkarlar və ictimai simalar çıxış edərək öz uğur hekayələrini gənclərlə bölüşüblər. Çıxış edənlər arasında “Trilogy News”un baş icraçı direktoru və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal marketinq şöbəsinin müdiri Alican Arkun, “United Coffee Beans”in təsisçisi Pərviz Dadaşov, “İşartı”nın təsisçisi və direktoru Cahan Hommadova, televiziya və radio aparıcısı Nərmin Knyaz, eləcə də “YeniSən” platformasının təsisçisi və baş icraçı direktoru Turan Şabanov yer alıb.

Forumun tərəfdaş və sponsorları da tədbirə fəal şəkildə dəstək veriblər. Red Bull Gaming Ground oyun zonası ilə iştirakçıların marağına səbəb olub, Starbucks və United Coffee Beans tərəfindən kofe təqdimatları təşkil edilib. Bundan əlavə, Berqa çay məhsulları və Ülker şirniyyatları tədbir iştirakçılarına təqdim olunub. INK Academy və ADDIM platforması isə gənclər üçün xüsusi endirim imkanları yaradıb.

Mövzuya görə xəbərlər