Son dəqiqə

TƏBİB

TƏBİB-in dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib

BAKI,TurkicWorld

TƏBİB və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Müşfiq Məmmədov, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Milli Pediatriya Dərnəyinin sədri Anar Qurbanov, həmsədrləri Yalçın Mirzəyev, Kamil Şərifov, Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, “Həyat Fondu”nun rəhbəri, xeyriyyəçi və ictimai xadim Hacı Nuran və konqresin elmi komitəsinin katibi Sərxan Elbəyiyev, həmçinin Türkiyə Respublikasının Milli Pediatriya Dərnəyinin, Gazi Universitetinin prorektoru, professor Hasan Tezer, Türk Çocuk Acil və Yoğun Bakım Derneğinin sədri, professor Özlem Tekşam, Türk Neonatologiya Dərnəyinin sədri, professor Esin Koç çıxış edib.

Bakı şəhəri və regionlarla yanaşı, Türkiyə Respublikasından dəvət olunmuş pediatrlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələri müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış edib.

Konqres çərçivəsində pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələr təşkil edilib.

Qeyd edək ki, konqresin məqsədi uşaqların sağlamlığı naminə yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Mövzuya görə xəbərlər