Son dəqiqə

TƏBİB

Elnur Hidayətoğluna TƏBİB-də yeni vəzifə verildi

Bakı. TurkicWorld:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur Hidayətoğluya həvalə olunub.

Elnur Hidayətoğlu faktı TurkicWorld-a təsdiqləyib.

Qeyd edək ki, E.Hidayətoğlu bu vaxta qədər departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.

Xatırladaq ki, ötən həftə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova tutduğu vəzifədən azad edilib.

Mövzuya görə xəbərlər