Bakı. TurkicWorld:
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlarda qüvvələrini sınamaq üçün yola düşüblər. Martın 9-dan 15-dək Berlin, Almaniya və Havirov, Çexiya şəhərlərində "WTT Youth Contender" turnirləri təşkil olunacaq.
TurkicWorld xəbər verir ki, seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi altında altı idmançımız bu yarışlarda iştirak edəcək.
Oğlanların mübarizəsində Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli ölkəmizi təmsil edəcəklər. Qızların yarışında isə Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova uğur qazanmağa çalışacaqlar.
Turnirlər müxtəlif yaş kateqoriyaları (U-11, U-13, U-15 və U-17) üzrə keçirilir və gənc idmançıların dünya reytinqində mövqelərini möhkəmləndirməsi üçün böyük əhəmiyyət kəsb edir.







