Son dəqiqə

AZAL

AZAL Bakı–İğdır–Bakı marşrutu üzrə 7–10 mart tarixlərinə uçuş cədvəlini açıqlayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

“Azərbaycan Hava Yolları” QSC Bakı–İğdır–Bakı marşrutu üzrə 7–10 mart tarixlərini əhatə edən uçuş cədvəlinin (bütün saatlar yerli vaxtla qeyd edilib) hazırlandığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, aviaşirkətin yaydığı məlumata görə, bu marşrut Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün təşkil olunub.

Bildirilib ki, uçuşların həyata keçirilməsi zamanı sərnişinlərin bir sıra vacib qaydalara əməl etməsi tələb olunur.

Məlumata əsasən, sərnişinlər uçuş vaxtından ən azı bir saat yarım əvvəl hava limanında olmalıdırlar.

Eyni zamanda sərnişinlərin üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması tələb olunur.

AZAL qeyd edib ki, Bakı–İğdır–Bakı marşrutu üzrə biletləri aviaşirkətin rəsmi internet səhifəsi və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Biletlər Naxçıvan istiqaməti seçilərək onlayn qaydada, həmçinin aviaşirkətin kassalarına müraciət etməklə də alınır.

Aviaşirkət əlavə edib ki, uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi halda sərnişinlərə əlavə məlumat təqdim ediləcək.

Mövzuya görə xəbərlər