BAKI,TurkicWorld
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Milli Akademik Kitabxananı ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Kitabxanaya təqdim edib.
TurkicWorld xəbər verir ki, səfər zamanı Fondun prezidenti professor Aktotı Raimkulova və Milli Akademik Kitabxananın direktoru Kumis Seitova arasında görüş keçirilib. Görüş zamanı kitabxanaların türk dünyasının ortaq dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində xüsusi rolunu qeyd edilib.
Milli Akademik Kitabxananın direktoru Fond tərəfindən hədiyyə edilən kitabların elmi ictimaiyyət və oxucular üçün vacib mənəvi xəzinə olduğunu bildirib.
Sonda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini ifadə ediblər.







